Tez-tez verilən suallar

Prefabrik tikililərin ömrü nə qədərdir?

Prefabrik tikililər uzun ömürlü tikililər sinfinə daxil olub ortalama müddəti 50 il olmaqla etibarlı və təhlükəsiz şəkildə istifadə edilməsi mümkündür. Çox şiddətli külək, qar, yağış, rütubət və baxımsız istifadə etmək kimi amillər tikililərin istifadə müddətinə təsir edə bilər. Digər tikililərdə olduğu kimi standard baxımının vaxtı vaxtında yerinə yetirilməsi bu binalarin istifadə müddətinə müsbət təsir etməkdədir.

Prefabrik tikililər hansı materiallardan inşa edilməkdədir və xüsusiyyətləri nələrdir?

Karmod prefabrik tikililəri qaynaqsız vintli sistem texnologiyası ilə modern sexlərdə istehsal edilməkdədir. Vintli sistemin müqavimət gücü qaynağa nisbətən daha gülcü və təhlükəsiz olub istehsal və iş xətaları sıfır səviyyəsinə enməkdədir. Bütün məhsullarımızda 100% paslanmayan materialdan istifade edilmişdir. Divar panellərimiz betopan-penoplast-betopan ve ya metal- penoplast – metal olmaqla iki fərqli mükəmməl izolyasiyalı variantlardan ibarətdir. Prefabrik binalarimizin damındakı çatma dirəklər vintli sistemlə birbirinə bağlanmış olub texnoloji hətta avtomatik rollform dəzgahlarda hər layihəynin özünəməxsus detalları nəzərə alınaraq emal edilməkdədir. Damların orta dirəkləri və çaprazları statik hesablamaya görə mühəndilərimizin təsbit etdikləri yerə, binanın quraşdırılacağı relyefə və məkanın iqlim şərtlərinə uyğun hazırlanmaqdadır. Dam örtüyü olaraq istifadə etdiyimiz xammal qalvaniz metal materialdır. Müştərinin xüsusi seçiminə uyğun dam örtüklərində OSB, membran, şınqıl kimi materiallardan da istifadə edilir. Pəncərələr və balkon qapıları PVC iki qat şüşəlidir. İçəridəki qapılar panel Amerikan qapılarıdır. Elektrik və santexnika materialları da daxil olmaqla istifadə edilən bütün xammal TSE (Türkiyə Standard İnstitutu – Türkiyənin rəsmi standard-keyfiyyət müəssəsi) standardlarına uyğun olub keyfiyyət və qarantiya sənədləri vardır.

Perefabrik tikililərin sökülərək başqa bir yerə daşınması mümkündürmü?

Prefabrik tikililər vintli ve keçirməli sökülüb yığılan modulyar sistemə malik olduğundan istənilən zaman sökülərək başqa bir yerə daşına bilər. Ama sökülən bəzi hissələrin yenidən montaj zamanı istifadəsi mümkün olmaya bilər. Daşınma zamanı yenilənməsi lazım gələn hissələr maksimum 10 %-dir.

Prefabrik binalar zəlzələyə və küləyə qarşı davamlıdırmı?

Prefabrik binalar 7.5 ballıq zəlzələyə və sürəti 80 km/saat olan küləyə qarşı davamlıdır. Prefabrik binaları inşa ediləcəkləri yerin iqlim şərtlərini nəzərə alaraq dünyanın hər yerində istifadəyə uyğun şəkildə istehsal etməkdəyik.

Prefabrik binalara baxım vacibdirmi?

"Hər tikili sistemində olduğu kimi prefabrik binalarda da standard baxımların zamanında həyata keçirilməsi gərəklidir. Prefabrik tikililər fərqli xüsusiyyətlərə malik birdən çox materialın birləşməsindən meydana gəlir. Bu materialların hamısı işləndiyi zaman istiyə qarşı genişlənmə səviyyələri ilə də bir birilərindən fərqlənməkdədirlər. Bu və ya diğər səbəblərin nəticəsi olaraq panellərin aralarında kiçik çatların meydana gəlməsi mümkündür. Bu çatların mastiklənməsi və ya qismən boyanmasına ehtiyac ola bilər. "

Prefabrik binalarda istilik və səs izolyasiyası necədir?

Karmod prefabrik binaların xarici divarları 10 cm. qalınlığında penoplastlı panel sistemə sahib olub klassik dəmir-beton binadan daha çox səs və istilik izolyasiyasına malikdir. Divar panelləri arasındakı qalın penoplast və dam izolyasiyası üçün istifadə edilən şüşə yunu (steklovat) və daş yunu yüksək izolyasiyanı təmin etməkdədir.

Prefabrik tikililər sadəcə müəyyən standard və ölçülərdəmi inşa edilir?

Prefabrik binalarımız istənilən ölçü və böyüklükdə inşa edilə bilər. Xüsusən yaşayış mənzili olaraq memar və mühəndislər tərəfindən hazırlanan, hər biri yüksək konfort və ergonomikliyi ehtiva edən hazır layihələrimiz müştərilərimiz tərəfindən bəyənilməkdədir. Bu tikililər kvadratmerələrinə görə 2 otaqlıdan 4 otaqlıya qədər dəyişən fərqli istifadə Salonarına uyğun olaraq çox sayda fərqli planlarda istehsal edilmişdir. Karmod hazır prefabrik tikili layihələrinə də istehsal dəstəyi verməkdədir.

Prefabrik binalar nə qədər müddətə emal edilərək quraşdırılmaqdadır?

Normal şərtlər altında binaların sexlərdə emal müddəti bir həftədir. Hava şərtlərindən asılı olaraq montaj quruplarımız bir gündə tək mərtəbəli tikililərdə 20-25 kvadratmetr, iki mərtəbəli tikililərdə isə təxminən 15-20 kvadratmetr quraşdırma işləri həyata keçirirlər. Quraşdırmadan sonra müştərimizin yerinə yetirəcəyi bəzi işlərdən sonra binanın böyüklüyündən asılı olaraq 1-3 gün ərzində də boyama işləri bitirilməkdədir. Nəticədə əgər yaxşı planlaşdırılarsa 1 ay içərisində bina istifadəyə tam hazır vəziyyətə gəirilir.

Prefabrik binaların içərisində təmir işləri aparıla bilərmi?

Pefabrik binalar təbii relyef və iqlim şərtlərinə görə struktur statikinə uyğun olaraq istehsal edilməkdədir. Prefabrik binanın bu strukturunu pozmayacaq şəkildə hər hansı təmir işinin aparılmasında bir problem yoxdur. Bununla bərabər ehtimal edilən hər hansı bir təmir işi üçün hökmən Karmodun satış sonrası dəstək bürosundan məlumat alın.

Prefabrik binaların inşa ediləcəyi zəmin necə olmalıdır?

Bina ölçülərinin hər cəbhəsindən ən az 30 cm. artıq olacaq şəkildə 25-30 cm. yüksəkliyində tərəzili beton tökülməsi lazımdır. Dəmir-beton binalardakı kimi ağır bir beton təmələ ehtiyac yoxdur. Müqavilə bağlandığı zaman prefabrik binanın üzərində tikiləcəyi beton planı da təqdim edilməkdədir. Müştərilərimiz bu plana uyğun olaraq zəmin betonunu montajdan əvvəl hazır vəziyyətə gətirməlidir.

Prefabrik binaların zəmanət şərtləri nələrdir və zəmanət müddəti nə qədərdir?

Müqaviləmizdə yer alan qaydalara uyğun olaraq istifadə edildiyi təqdirdə istehsal və montaj xətalarına qarşı zəmanət müddətimiz 1 ildir. Hər məsələdə olduğu kimi satış sonrası xidmətdə də Karmod bu sektorda da lider mövqeyindədir. Satış sonrası xidmətimiz həmişə sizinlə bərabərdir.

Müqaviləmizdə yer alan qaydalara uyğun olaraq istifadə edildiyi təqdirdə istehsal və montaj xətalarına qarşı zəmanət müddətimiz 1 ildir. Hər məsələdə olduğu kimi satış sonrası xidmətdə də Karmod bu sektorda da lider mövqeyindədir. Satış sonrası xidmətimi

Dam örtükləri təbii trapez dəmir lövhə, rəngli trapez dəmir lövhə, metal kirəmit figurlu örtüklər birbaşa çatma tirlərin (şveller) üzərinə bərkidildiyi kimi OSB (dikt) materiyalın üzərinə də bərkidilməsi mümkündür. Bundan əlavə elastik kirəmit (şıngıl) və sandviç panel materiallardan istifadə də mümkündür.

Prefabrik tikililərin islaq həcmlərinə keramika və kafel-metlax vurmaq olarmı?

İslaq həcmlərdə kafel vurulacaq divar səthlərinə rütubət çəkməyən yaşıl alçıpan vurulur. Bunun altından suvaq və astar vurularaq kafel vurula bilər. Yerə astar vurmadan öncə su izolyasiyası edərək incə bir astar vurduqdan sonra metlax vurmaq mümkündür.

Prefabrik binaları bütün ölkələrdə inşa etmək imkanınız varmı?

Karmod Türkiyədən başqa bu gün dünyanın 90-a yaxın ölkəsinə öz məhsullarını ixrac etməkdədir. Binanın inşa ediləcəyi bölgələrdəki iqlim, külək və qar kimi təbii təsirlər nəzərə alaraq mütəxəssislərimiz tərəfindən həmin bölgənin şərtlərinə uyğun, təhlükəsiz binalar istehsal edilərək quraşdırılır.

Prefabrik binaların inşası üçün də müvafiq orqanlardan icazə almaq lazımdırmı?

Prefabrik tikililər üçün də demir-beton tikililər kimi müvafiq organlardan icazə almaq lazimdir. Yerləşdiyiniz bələdiyyədən və ya müvafiq nazirliyə müraciət edərək icazə məsələsini həll edə bilərsiniz.

Prefabrik binaları maksimum neçə mərtəbə tikmək mümkündür?

Prefabrik binaları 2 mərtəbə olaraq tikmək mümkündür. Bundan əlavə yüngül polad konstruksiyalı binları isə 3 mərtəbəyə qədər yüksəltmək olar.

Prefabrik binaları satın alacaq müştərilərin üzərində hansı öhdəliklər vardır?

Binanın yerləşdiriləcəyi yerə yerdən 30 cm. yüksəklikdə armaturlu beton tökülməsi, qazıntı və ətrafın nizamlanması, döşəmə və divar örtükləri (astar vurulması, kafel-metlax döşənməsi, laminat ve paket işləri və s.), prefabrik tikilinin xaricdən su, elektrik və kanalizasiya sisteminin hazır vəziyyətə gətirilməsi, istilik və havalandırma sisteminin (qızdırıcı, kondisioner ) qoşulması, İstanbuldan kənarda montaj və boyama işçilərimizin qalacaq və yemək xərcləri, prefabrik parçalarının nəqliyat və nəqliyat sığortası işləri müştərimizin öhdəsindədir.

Prefabrik ev demir-beton binanın üzərinə artırma olaraq quraşdırıla bilərmi?

Tək mərtəbəli demir-beton binanın üzərinə bu mümkündür. Ama bunun mümkün olması üçün altdakı dəmir-beton binanın sağlam və düz bir zəminə malik olması gərəkdir. Bununla bərabər qurulacaq sahədə baca olmaması da vacibdir. Çünkü prefabrik binalarda damdan baca çıxarmaq su izolyasiyası və yanğın riski baximindan uyğun deyildir.

Prefabrik tikililərdə istilik və havalandirma problemi necə həll edilir?

Qış aylarında soba, kondisioner sistemi və elektrik qızdırıcı ilə asanlıqla bu binaları isitmək mümkündür. Yay aylarında da kondisyonerdən rahatlıqla istifadə edə bilərsiniz.

Prefabrik tikililərin nəql edilməsi hansı nəqliyyat vasitələri ilə mümkündür?

Prefabrik binaların nəqli yük maşınları, gəmilər, vaqonlar və ya yük təyyarələri ilə həyata keçirilə bilər.

Prefabrik tikililərin üstünlükləri nələrdir?

Prefabrik tikililər hər növ istifadə məqsədinə görə emal edilirlər. Prefabrik tikililər standard modullardan təşkil olduğu üçün praktik və sürətli şəkildə quraşdırılır. Elastik quruluşu zəlzələ və torpaq sürüşmələrinə qarşı etibarlıdır. Prefabrik tikililər bütün iqlim şərtlərinə görə emal edilə bilərlər. Səs və istilik izolyasiyası yönündən başqa növ tikililərdən daha üstün keyfiyyətə malikdirlər. Ətraf mühitə zərər vermədən və çirkləndirmədən qısa müddət ərzində quraşdırılır. Yanğın əhlükəsinə qarşı etibarlıdır. Modern və tarixi görünüşə uyğun olaraq dizayn edilib emal edilirlər. Prefabrik tikililər sökülüb yığılma xüsusiyyətinə sahib olduğu üçün istəyinizdən asılı olaraq başqa yerə köçürülüb orda quraşdırıla bilər.

Prefabrik tikililər soyuq iqlim şəraitinə malik bölgələrə nə dərcədə uyğundur?

Evin xarici divarı və damı binanın inşa ediləcəyi bölgənin iqlim şəraiti nəzərə alınaraq TS 825-də müəyyən edilən izolyasiya standardlarına uyğun emal edilir. Karmodun prefabrik evlərində təmin edilən istilik göstəriciləri Türkiyənin və dünyanın hər bölgəsi üçün uyğundur.

Prefabrik tikili alarkən ən çox nəyə diqqət etməliyik?

"• Firmanın etibarlılığı çox əhəmiyyətlidir. • Firmanın ustalıq keyfiyyəti, məhsulunun arxasında durması, müəssisələşmiş olması, işlətdiyi şəxslərin peşəkarlığı çox önəmlidir. • Firma sizi davamlı servislə təmin etmək imkanına malik olmalıdır. • Firmanın istəfadə etdiyi xammallar keyfiyyətli olmalı ve bu malların standardlara uyğun olması barədə keyfiyyət sertifikatları olmalıdır. • Firmanın yerini görüb məsul şəxsləri ilə görüşün. Bu sahədə peşəkar olub olmadıqlarından əmin olun. • Firma ilə bağlanacaq müqaviləni təfsilatı ilə araşdırın. • Satış xidməti sonrası, emal və quraşdırılma mərhələsində firmanın peşəkar əməkdaşlara sahib olmasından əmin olun. • Sizə təqdim etdiyi xidmətlərdən başqa, eviniz tamamlandıqdan sonra bir problemlə üzləşdiyiniz zaman firmada dərdinizi dinləyəcək bir adam tapib onun yardımından istifadə edə biləcəyinizdən əmin olun. "

Prefabrik tikilinin qiyməti necə təyin edilir?

Tikilidə istifadə edilən metalın keyfiyyəti və qalınlığı, divar qalınlığı və panellərin emalında istifadə edilən xammalın keyfiyyəti, dam izolyasiyası, istifadə edilən pəncərənin seriyası kimi göstəricilər prefabrik binalarda qiymətə təsir edən faktorlardır. Bununla bərabər yan divarlarda əlavə istilik izolyasiyası üçün lazım olan örtük materialı və dam örtüyündə istifadə edilən alternativ materyallar da qiymətlərə təsir edir.

Prefabrik tikililər hansi məqsədlər üçün istifadə edilir?

Prefabrik tikililər ev, villa, ofis, ümumi mənzillər, ictimai binalar, tikinti meydançaları, yataqxana və yeməkxanalar, prefabrik sexlər, ambarlar kimi həyatin hər sahəsində istifadə edilən binalar üçün istifadə edilə bilər.

Prefabrik köşklər hansı materiallardan emal edilir?

"Karmod olaraq 4 fərqli formada kabin emal etməkdəyik. CTP köşk: xarici səthi jelkot, arada şüşə yunu (steklovat), poliyester, poliuretan materialından emal edilən panellərin birləşdirilməsi ilə inşa edilməkdədir. Bu sıxlıqda xammalın istifadəsindən sonra bu növ prefabriklərdə maksimum səs və istilik izolyasiyası əldə edilir. ABS köşklər: Türkiyədə ilk dəfə ABS materialından emal edilən iki gözlü olaraq arası poliuretan materiladan panellərin birləşməsi ilə emal edilməkdədir. Panel köşk: Xaricdən içə tərəf sırası ilə Metal lövhə+EPS+PVC lambirdən ibarət olan panellərin birləşməsi ilə emal edilməkdədir. Lüks köşklər: fərqli ölçülərdə qutu profillərdən ibarət karkasın arasında istilik və səs izolyasiyası üçün EPS, daxili və xarici örtük olaraq da dekorativ betopan materialdan emal edilməkdədir. "

Köşklər küləyə qarşı davalıdırmı?

Məhsulumuz yerə bərkidilməsi şərtiylə 80 km/saat sürətlə əsən küləyə davamlıdır.

Köşklərə baxım vacibdirmi?

Karmod köşklərinin daxili və xarici təmizliyi şox asandır. Köşkün iç tərəfi islaq əski ilə deformasiyaya uğramadan silinməsi mümkünür. Kabinin xarici səthi isə fırça ilə yuyulmalıdır. Kabinin silikon çəkilən həissələrinin xarici təsirlərlə silikonu aşınarsa yenilənməlidir. Köşkün daxili və xarici səthlərində əmələ gələn ləkələr standard təmizlik vasitələri ilə asanlıqla təmizlənməsi mümkündür.

Köşklərdə istilik və səs izoliyasiyası necədir?

Karmod köşkləri strukturu etibarı ilə -30 dərəcədən +60 dərəcəyə qədər heç bir deformasiyaya uğramadan davamlılıq göstərir. İçərisində işlədilən isidici və kondisyonerə görə yaşayış məskəni olaraq istifadəsi hər zaman mümkündür.Panellərin arasına tökülən 35 mm-lik 40 (kg/m³) sıxlıqda poliuretan köpük həm istilik, həm də səs izolyasiyasını təmin edir.

Köşklər sadəcə müəyyən standard və ölçülərdəmi emal edilir?

Köşklərin emalında qəlib sistemindən istifadə etdiyimiz üçün standard ölçülərdə kabinlər hazırlamaqdayiq. Ehtiyaclar nəzərə alınaraq ölçülər müəyyənləşdirildiyindən bizdəki mövcud bütün ölçülər sizin ehtiyaclarınıza cavab verəcəkdir. CTP və lüks köşklər 50 kvadratmetrəyə çatan ölçülərdə belə emal edilməsi mümkündür.

Standard ölçülərinizə görə köşklərdə neçə nəfər qala bilər?

Standard ölçülü köşklərdə hər 2 kvadratmetrəlik bir yerdə 1 nəfər qala bilər. Köşkləri satın almadan əvvəl bizim mütəxəssis satış təmsilçimiz ehtiyacınıza və istifadə məqsədinizə görə ən ideal məhsulu seçməkdə sizə yardım edəcəkdir.

Köşkləri yerləşdirmək üçün zəmin necə olmalıdır?

Köşkün yerləşdiriləcəyi sahə tərəzi ilə ölçülməli və köşkün ölçülərinə görə 10 cm qalınlığında beton zəmin hazırlanmalıdır. Satın aldığınız kabinin ölçülərinə görə kənarlarında yerə bərkidilməsi üçün lazımi qədər boşluğun buraxılması lazımdır.

Köşklərin zəmanət (qarantiya) şərtləri nələrdir?

Məhsulumuzla bərabər sizə təqdim edilən təlimat kitabcasında yer alan və eyni zamanda müqaviləmizdə də qeyd edilən istifadə şərtlərinə uyğun olaraq istifadə edilməsi əsasdır. Bu şərtlərdə emal və montaj xatalarına qarşı təminat müddəti 1 ildər.

Köşkləri isitmə və sərinlətmə məsələsi necə həll edilir?

Köşklərimizin istilik izoliyasiyası yüksək səviyyədədir. Kondisyoner və elektrik qızdırıcıları ilə asanlıqla məkanın qızdırılması və sərinlədilməsi mümkündür.

Köşklərin nəql edilməsi hansı nəqliyat vasitələri ilə mümkündür?

Nəqliyat işi köşkün ölçülərinə görə yük maşını və ya traylerlə mümkündür. Nəql ediləcək ən uzun prefabrik köşk 270x750 cm-dir. Bundan daha böyük köşklər sökülü halda göndərilərək yerində Karmodun mütəxəssisləri tərəfindən yığılmaqdadır.

Konteynerlər hansı materiallardan emal edilir? Xüsusiyyətləri nələrdir?

Bütünlüklə paslanmayan qalvaniz poladdan emal edilən profillərdən ibarət olan və bütünlüklə vintlərlə bir birinə birləşdirilən əsas gövdə üzərinə EPS sandviç panel örtülərək meydana gətirilmişdir. Konteynerimizin bütün metal hissələri avtomobil texnologiyasında mövcud soba boyama sistemi ilə rənglənmişdir. Karmod Türkiyədə konteyner dam sistemində 125 mm. sandviç panel sistemindən istifadə edən ilk şirkətdir. 50 mm-lik divar qalınlığı və PVC qapı-pəncərə sistemi ilə Karmodun məhsulları bənzərlərinə görə 60% qədər enerjiyə qənaət etməkdədir. Prefabriklərimizin döşəməsində betopan üzərinə PVC linenyum çəkilir. İçəridəki qapılar isə MDF materialından emal edilmişdir. İstehsal zamanı 35% daha az karbon ifraz edən Karmod Konteyner ərtaf mühitin dostdur.

Konteynerlər küləyə qarşı davamlıdırmı?

Konteynerlərimiz yerə bərkidilməsi şərtilə 80 km/saat sürəti ilə əsən küləyə qarşı davamlıdır. Birləşməli konteyner strukturlarda isə quraşdırılacaq bölgədəki küləyin sürəti mühəndislərimiz tərəfindən diqqətə alındıqdan sonra istehsal həyata keçirilir.

Konteynerlərə baxım vacibdirmi?

Ümumi istifadə qaydalarına riayət edildiyi təqdirdə qapı və pəncərənin mastikası xaricində baxıma ehtiyacı olan bir xüsus yoxdur.

Konteynerlərdə istilik və səs izoliyasiyası necədir?

Yenə nəsil Karmod Konteyner istifadə etdiyi divar panelləri və Türkiyədə ilk 125 mm-lik dam sandviç paneli ilə yüksək səviyyədə istilik və səs izolyasiyasına malikdir. Digər konteynerlərə görə daha çox izolyasiya göstəricisinə sahibdir və 60 % -ə qədər enrjiyə qənaət etməkdədir. Karmod yeni nəsil konteyner hər zaman qazandırar.

Konteynerlər sadəcə müəyyən standard və ölçülərdə mi emal edilir?

Müşterilərimizin ehtiyacları və beynəlxalq nəqliyat standardları nəzərə alınaraq ortaya qoyulan çox sayda model və ölçülərdən biri tam da sizin üçün hazırlanmışdır. Klassik sökülüb yığılan konteyner emal standardı 230x595 olduğu halda Karmod dünyada ilk dəfə 3x7 konteyneri sökülüb yığilan sistemlə emal etmişdir. Bununla bənzərlərindən 7 kvadratmetrə daha geniş olmaqdadır.

Konteynerin qoyulacağı zəmin necə olmalıdır?

Konteynerin yerləşdiriləcəyi sahə tam düz bər yer olmalıdır. Konteyner ölçülərinə uyğun 10 cm qalınlığında beton zəmin döşənməlidir. Satın aldığınız konteynerin ölçüsünə görə kənarlarında yerə bərkidilməsi üçün lazımi boşluq buraxılmalıdır. Konteynerin təlimat kitabcasında göstərilən formalar və materiallar xaricində kalın tir vəya şalban kimi möhkəm zəmin təşkil etməyən materialın üzərinə yerləşdirilməməlidir.

Konteynerlərin zəmanət (qarantiya) şərtləri nələrdir və müddəti nə qədərdir?

Məhsulumuz satiş zamanı sizə təqdim edilən təlimat kitabcasında bildirilən və eyni zamanda müqaviləmizdə əks olunan ümumi istifadə şərtlərinə uyğun olaraq istifadə edilməlidir. Bu şərtlərdə istifadədən sonra emal və montaj xətalarına qarşı zəmanət müddəti 1 ildir.

Konteynerlərdə havalandırma (isitmə və sərinləndirmə) necə olur?

Konteynerlərimizdə isitlik izolyasiyası yüksək səviyyədədir. Kondiyoner və elektrik qızdırıcısı ilə asanlıqla isitmə və sərinlətmə problemi həll edilir.

Konteynerlərin nəqliyat işi necə həyata keçirilir? Hansı nəqliyat vasitələri ilə nə qədər daşınması mümkündür?

Ölçülərindən asılı olaraq konteynerlərin daşınması yük maşını və ya daha böyük traylerlərlə həyata keçirilir. Karmod dünyada 3x7 ölçülü tam sökülüb yığılma sistemlə emal edib istənilən yerə daşıya bilən tək markadır. Flatpack (sökülüb yığilacaq halda) olaraq bir tırda 3x7 ölçülü 12 ədəd konteyneri daşımaq mümkündür.


WhatsApp

Əlaqə

E-mail