Haqqımızda

Prefabrik texnologiya markası olan Karmod, dünyanı kəşf edir.

Karmod 1986-cı ildə təsis edilib və bu tarixdən etibarən dünyanın 100-dən çox ölkəsində layihələr həyata keçirən aparıcı Türk şirkətidir.

Karmod eyni zamanda fərqli ölkələrdə müxtəlif layihələr həyata keçirə biləcək yaxşı təşkil olunmuş bir şirkət olduğunu sübut etdi.

Karmod öz məhsullarını ümumi sahəsi 21,000 m² olan 3 istehsal müəssisəsində istehsal edir və  tikinti layihələri ilə bərabər konteyner evler, modullu kabinlər, ümumi yaşayış məskənləri, təcili sığınacaq yerləri, istirahət obyektləri kimi fərqli tikililərin istehsalını da həyata keçirməkdədir. Karmodun böyük layihələrinə dünyanın ən böyük təbii qaz layihəsi olan (BP) Şahdəniz2 layihəsi, Nigeriyadakı BMT sülhməramlıları üçün hərbi düşərgələr, tamamlandıqdan sonra Avropanın ən böyük hava limanı olacaq 3. İstanbul hava limanı daxildir. İraqın Kut şəhərində 7 ay ərzində 1,884 mənzilin tikintisi Karmod tərəfindən həyata keçirilən böyük layihələrdən biridir.
 
Karmod Məhsulları:
• Modullu tikililər (tikinti sahələri, ofislər, məktəblər və səhiyyə  müəssisələri, hərbi düşərgələr
• Yaşayış konteynerləri (tez yığılan konteynerlər, sanitar konteynerlər, inşaat sahələri və ofis konteynerləri)
• Modul kabinlər
• Prefabrik evlər

Karmod hansı xüsusiyyətləri ilə fərqlənir?
• Layihələri vaxtında başa çatdırmaq (istehsal prosesinin sürətliliyi və qısa müddət ərzində montaj)
• Müştəri xidmətləri
• Ətraf mühitin qorunması, sağlamlıq və əmək təhlükəsizliyi qaydalarına (SƏTƏM standartları) yüksək səviyədə əməl etmək
• İşçi məmnuniyyətinin təmin edilməsi


WhatsApp

Əlaqə

E-mail